Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı konfrans

Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı konfrans
  30 Aprel 2013    Oxunub:1361
Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə Bakı şəhər prokurorluğunda elmi-praktik konfrans keçirilib.
Aprelin 30-da Bakı Şəhər Prokurorluğunda mərkəzi aparatın və rayon prokurorluqlarının əməkdaşlarının iştirakı ilə xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş "Heydər Əliyev Azərbaycanda hüquqi dövlətin banisidir" mövzusunda elmi-praktiki konfrans keçirilib.
Konfrans iştirakçıları əvvəlcə Bakı Şəhər Prokurorluğunun binasındakı ulu öndər Heydər Əliyevin büstü qarşısına əklil və gül dəstələri qoyub, ümummilli liderin unudulmaz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə çıxış edən Bakı şəhər prokuroru Əziz Seyidov öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi ilə xalqımızın müstəqillik arzusunun gerçəkləşdirilməsini və möhkəm bünövrə üzərində yenidən qurulmasını təmin edən və bütün həyatını xalqına həsr edən ümummilli lider Heydər
Əliyevin müasir Azərbaycan tarixində rolu, demokratik və hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi tədbirlər barədə ətraflı məlumat verib.

Cəmiyyətdə haqq-ədalətin zəfər çalması, insanların hüquq və azadlıqlarının müdafiəsi, hər bir ictimai münasibətin qanunla nizama salınması, qanunvericilik bazasının təkmilləşdirilməsinin ulu öndərin rəhbər seçildiyi 1969-cu ildən başlayaraq daim diqqət mərkəzində olması bildirilib.

Şəhər prokuroru prokurorluq orqanlarının dövlətçiliyimizin maraqlarına, qanunun aliliyinə, insan və vətəndaş hüquqlarının qorunmasına xidmət edən bir dövlət təsisatı kimi formalaşmasının, onun fəaliyyətinin hərtərəfli təminatı üçün qanunverici, maddi və sosial bazasının yaradılmasının ulu öndər Heydər Əliyevin zəhmətinin bəhrəsi olmasını bildirib, dahi rəhbərin siyasi kursunun layiqli davamçısı kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən prokurorluq orqanlarına daim diqqət və qayğı göstərilməsini, prokurorluq əməkdaşlarının əməyinin layiqincə qiyməyləndirilməsini xüsusi olaraq diqqətə çatdırıb.

Əziz Seyidov rəhbərlik etdiyi kollektivin Heydər Əliyevin dövlətçilik ideyalarına daim sadiq qalacağını, dövlət müstəqilliyimizin, ictimal-siyasi sabitliyin hər çür cinayətkar qəsdlərdən qorunması işində səylərini daha da artıracağını, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasəti daim dəstəkləyəcəyini vurğulayıb.

Konfransda Milli Məclisin deputatı, parlamentin təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə "Heydər Əliyev Azərbaycanda hüquqi dövlətin banisidir" mövzusunda çıxış edərək ulu öndərin həyat yolu, şiyasi fəaliyyəti ilə bağlı onun zəngin dövlətçilik təcrübəsindən, Azərbaycanın inkişafı naminə misilsiz xidmətləri barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Konfransda prokurorluğun gənc əməkdaşları adından şəhər prokurorunun köməkçisi Günel Əkbərova “Heydər Əliyev və Azərbaycan gəncliyi” mözusunda çıxış edərək banisi ulu öndər olan dövlət gənclər siyasətinin əsrlər boyu xalqımızın malik olduğu milli-mənəvi dəyərlərə əsaslanaraq müstəqillik, dövlətçilik, azadlıq və onun qorunması uğrunda mübariz ruhlu vətənpərvər, intelektual səviyyəli, potensial gənc nəslin yetişdirilməsindən ibarət olmasından, Heydər Əliyevin gənc kadrlara göstərdiyi diqqət və qayğısından, gənclərə olan etimadından və gənclərin xidmətinin həmişə layiqincə qiymətləndirməsindən danışıb.

Nizami rayon prokuroru Akşin Ziyadov və digər natiqlər ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətinin müxtəlif dövrlərini geniş şərh edib, dahi şəxsiyyətin qətiyyəti, siyasi iradəsi, uzaqgörənliyi və böyük dövlətçilik təcrübəsi sayəsində Azərbaycanın müstəqil, sivil dovlət quruculuğu yoluna qədəm qoyduğunu diqqətə çatdırıblar.

AzVision.az




Teqlər:  





Xəbər lenti