Bu gün hava yağışlı olacaq

Bu gün hava yağışlı olacaq
  05 Oktyabr 2014    Oxunub:2063
Oktyabrın 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən gecə və səhər saatlarında bəzi yerlərdə yağış yağacağı, günün ikinci yarısında tədricən kəsiləcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mülayim şimal küləyi arabir güclənəcək, havanın temperaturunun gecə 12-15, gündüz 17-22 dərəcə isti olacağı proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında oktyabrın 05-də arabir yağış yağacağı ehtimal olunur. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 10-15, gündüz 17-22, dağlarda gecə 1-6, gündüz 6-10 dərəcə isti olacağı gözlənilir.


Teqlər:





Xəbər lenti