Şahmatçılarımızın rəqibləri bəlli oldu

Şahmatçılarımızın rəqibləri bəlli oldu
  06 Oktyabr 2014    Oxunub:1710
Bu gün Bakıda şahmat üzrə Qran-pri yarışlarının dördüncü turu keçiriləcək.
AzVision.az xəbər verir ki, bu turda azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov italiyalı Fabiana Karuana ilə gorüşəcək. Azərbaycanın digər nümayəndəsinin rəqibi isə rusiyalı Dmitri Andreykin olacaq. Bu turda Rüstəm Qasımcanov (Özbəkistan) - Pyotr Svidler (Rusiya), Aleksandr Qrişşuk (Rusiya) - Hikaru Nakamura (ABŞ),Lenyer Dominqes (Kuba) - Boris Gelfand (İsrail), Yevgeni Tomaşevski (Rusiya) - Sergey Karyakin (Rusiya) cütlükləri də qarşılaşacaqlar.

Üç turdan sonra turnir cədvəlində vəziyyət belədir: B.Gelfand - 2,5 xal, F.Karuana, P.Svidler, H.Nakamura hərəyə 2 xal, T.Rəcəbov,R.Qasımcanov, Y.Tomaşevski, S.Karyakin hərəyə 1,5 xal, L.Dominqes, A.Qrişşuk, Ş.Məmmədyarov hərəyə 1 xal, D.Andreykin 0,5 xal.

Qran-pri yarışlarının bu mərhələsinin mükafat fondu 120 min avrodur.

Yarışlar ümumilikdə dörd mərhələdə keçiriləcək. Hər iştirakçı üç mərhələdə iştirak etməlidir və hər üç nəticə ümumi hesaba daxil olacaq. Seriyanın üç qalibi iddiaçıların turnirində iştirak hüququ əldə edəcək.

AzərTAc


Teqlər:  





Xəbər lenti