Platini aldığı rüşvəti geri qaytardı

Platini aldığı rüşvəti geri qaytardı
  07 Oktyabr 2014    Oxunub:2285
UEFA prezidenti Mişel Platini Braziliya Futbol Konfederasiyasından hədiyyə kimi aldığı saatı geri qaytarıb.
AzVision.az xəbər verir ki, bundan öncəki açıqlamasında Platini saatı qaytarmayacağını əvəzində onun dəyərinə bərabər məbləği xeyriyyə təşkilatına ödəyəcini bildirmişdi. Saatın 26 min dollar qiymətində olduğunu bildirilir.

Qeyd edək ki, Braziliya Futbol Konfederasiyası yüksək vəzifəli bir neçə futbol məmurunun hər birinə konfederasiyanın 100 illiyi münasibətilə bahalı saat hədiyyə etmişdi. Lakin FİFA həmin məmurlara bu saatları geri qaytarmağı tapşırmış, onların rəmzi xarakter daşımadığını və FİFA qanunlarına zidd olduğunu qeyd etmişdi.

Təşkilat bu iş üzrə araşdırmanı tamamlayaraq qərara alıb ki, sözügedən 65 saatın hamısı oktyabrın 24-dən gec olmayaraq geri qaytarılmalı və qeyri-kommersiya təşkilatlarına verilməlidir.

“Bu əhvalat və saatın dəyəri məni çox təəccübləndirdi. Bu saat hədiyyə idi və mənim tərbiyəm hədiyyəni geri qaytarmağa imkan vermir. Amma mən saatın dəyərini öyrənib həmin məbləği xeyriyyə təşkilatına ödəyəcəyəm” - deyə Platini hədiyyəni geri qaytarmamaq qərarını əsaslandırmağa çalışmışdı.

AzVision.az


Teqlər:





Xəbər lenti