DYP sürücülərə müraciət etdi

DYP sürücülərə müraciət etdi
  30 Aprel 2013    Oxunub:1795
May ayının 5-i Beynəlxalq velosiped turu ilə əlaqədar Bakının Üzeyir Hacıbəyov, Rəsul Rza, Neftçilər, Niyazi, Mehdi Hüseyn, Hüseyn Cavid, Rəşid Behbudov, Səməd Vurğun küçləri, Azneft meydanı, Azadlıq prospekti və Parlament prospektində yollar bağlı olacaq.
«Heydər Əliyev Mərkəzi yanından Koroğlu metrostansiyası istiqamətində, Heydər Əliyev prospekti ilə marşrut nəzərdə tutulub».

Bunu AzVision.az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib.

Bakıda keçiriləcək Beynəlxalq velosiped turu ilə əlaqədar olaraq BŞDYPİ-nin bölmə rəisi Vaqif Əsədov bildirib ki, yarışın ilk günü velosiped turunda iştirak edən idmançılar velosipedlə bu qeyd olunan marşrut üzrə 12 dəfə dövrə vuracaqlar.

«Yaxşı olar ki, paytaxt sakinləri, avtomobil sahibləri və sürücüləri qeyd edilən istiqamət üzrə şəxsi avtomobildən istifadə etməsinlər».

V.Əsədov velosiped turunun beşinci mərhələsinin də paytaxtımız Bakı şəhərinin ərazisində keçirilməsinin nəzərdə tutulduğunu deyib.

«Bu mərhələyə də paytaxtımızın Azadlıq meydanından start veriləcək. İdmançılar Üzeyir Hacıbəyov, Rəsul Rza, Neftçilər, Niyazi, Mehdi Hüseyn, Hüseyn Cavid, Rəşid Behbudov, Səməd Vurğun küçləri, Azneft meydanı, Parlament prospekti və sonda yenədə Azadlıq prospekti istiqamətində hərəkət edəcəklə. Bu dəfə də 12 dövrənin olacağı planlaşdırılır. Sadalanan istiqamətlər üzrə də şəxsi avtomobildən istifadənin mümkünsüzlüyünü nəzərə alıb, sürücülərə bütövlükdə ictimai nəqliyyat vasitələrindən istifadə edilməsini tövsiyyə edirik. Ən yaxşı halda isə qeyd edilən günlər şəxsi avtomobillərdən mümkün qədər istifadə edilməməsini məsləhət görürük»-deyə V.Əsədov vurğulayıb.

Anar



Teqlər:  





Xəbər lenti