“Oynaya-oynaya öyrənmək lazımdır”

Baş məşqçi bildirib ki, İtaliya millisinin son dünya çempionatında qrup mərhələsini adlaya bilməməsi təəssüfləndirici məqamdır: “Xüsusilə, bu komandanın üzvlərinin çıxış etdiyi klubların adlarına diqqət yetirərkən, belə bir uğursuzluğun necə baş verdiyini anlamaqda çətinlik çəkirsən. Çox şadam ki, Frankfurtda toplanış keçirmək fürsətimiz oldu. Buna qədər Milan şəhərində “İnter” - “Qarabağ” oyununu izləmək imkanım olmuşdu. Futbolçularımızın hazırlığı məni qane etmir; əksəriyyəti qısa müddət ərzində ardıcıl iki oyunda arzulanan səviyyədə oynamaq gücündə deyil. İngilislərdə belə bir deyim var: oynaya-oynaya öyrənmək lazımdır. İtaliya yığması ilə qarşılaşma məhz belə oyunlardandır. Futbolçularımız bu qarşılaşmadan qorxmamalıdır. Çünki İtaliya millisi kimi komandalara qarşı oynamaq fürsəti tez-tez ələ düşmür”.