Davudoğlunun dili topuq vurdu

Davudoğlunun dili topuq vurdu
  10 Oktyabr 2014    Oxunub:3604
Türkiyənin baş naziri Əhməd Davudoğlu çətin vəziyyətə düşüb.
Davudoğlu Cumhuriyyət Xalq Partiyası (CHP) lideri Kamal Kılıçdaroğlunun Kobani sərhəddi ilə bağlı yeni qanun lazım olması ilə bağlı təklifinə münasibət bildirib.

Baş nazir Suriya prezidenti Bəşər Əsədin adını deməkdə çətinlik çəkib. Belə ki, o əvvəl Əsad, sonra Əsəd deyib. "Əsəd İŞİD-dır", demək istəyərkən isə dili topuq vurub və "Eşed İŞİD-dır" deyib.

Qeyd edək ki, İŞİD terrorçu qruplaşmasının üzvləri Türkiyə ilə sərhəddə yerləşən Suriyanın Kobani şəhərinə daxil olublar. İŞİD hücumuna etiraz aksuyaları Türkiyəni də bürüyüb. Son 3 gündə baş verən toqquşmalarda 35 nəfər ölüb, 200-dən çox insan yaralanıb.(ans)


Teqlər:





Xəbər lenti