Bu gündən saxta mobil telefonlar işləməyəcək

Bu gündən saxta mobil telefonlar işləməyəcək
  01 May 2013    Oxunub:1213
Bu gündən etibarən Azərbaycanda saxta mobil telefonlar işləməyəcək.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi istehlakçılara satışda olan saxta mobil telefon cihazları almamağı tövsiyə edir. Ölkə ərazisinə qeyri-qanuni yollarla idxala cəhd edilən saxta mobil telefon cihazlarının mütəmadi olaraq hüquq-mühafizə orqanları tərəfindən aşkarlanma faktları nəzərə alınaraq, istehlakçılara bu tövsiyəyə ciddi yanaşmaları məsləhət görülür.

May ayının 1-dən mobil cihazların qeydiyyat sistemi fəaliyyətə başlayır və həmin tarixdən sonra bütün saxta IMEI nömrəli yeni mobil telefon cihazlarının respublikamızın mobil rabitə şəbəkələrində istifadəsi məhdudlaşdırılacaq. İstehlakçılar yeni fəaliyyətə başlayan www.imei.az ünvanı vasitəsi ilə IMEI nömrələrini yoxlaya və ya 1677 xidmətinə zəng etməklə ətraflı məlumat əldə edə bilərlər.


Teqlər:  





Xəbər lenti