İlk iş günü hava necə olacaq? - Proqnoz

İlk iş günü hava necə olacaq? - Proqnoz
  12 Oktyabr 2014    Oxunub:1957
Sabah hava buludlu olacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən daxil olan məlumata görə, Bakıda və Abşeron yarımadasında günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacağı, günün ikinci yarısında dəyişkən buludlu olacağı gözlənilir. Cənub küləyi 9-14 m/s, gecə və səhər arabir 16-20 m/s olacaq.

Havanın temperaturunun gecə 12-15° isti, gündüz 19-23° isti, Bakıda gecə 13-15° isti, gündüz 20-22° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 770 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-60 faiztəşkil edəcək.

Bölgələrdə hava şəraiti əsasən yağmursuz keçəcək, lakin axşama doğru bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.

Havanın temperaturu gecə 12-14° isti, gündüz 18-23° isti, dağlarda gecə 3-8° isti, gündüz 13-18° isti olacağı gözlənilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti