Bayraqdan şou düzəldənlər üçün FAKT – FOTO, VİDEO

Bayraqdan şou düzəldənlər üçün  FAKT – FOTO, VİDEO
  01 May 2013    Oxunub:1235
Bir neçə gündür ki, sosial şəbəkələrdə Prezident Administrasiyasının Rəhbəri Ramiz Mehdiyevin İran Prezidenti ilə görüşü zamanı Azərbaycan bayrağının olmaması məsələsindən danışılır və bunu hətta “diplomatik biabırçılıq” belə adlandırırlar.

Bayraq məsələsinin ura-patriotların əlində "təşviqat və mübarizə vasitəsinə" çevrilməsi təəssüf doğurur. Halbuki burada söhbər sadəcə hər bir dövlətin protokol qaydasından gedir. Protokol qaydalarına görə bir dövlətin başçısı yalnız başqa bir dövlətin başçısı və ya baş nazirilə (bəzi ölkələrdə yalnız dövlət başçısı ilə) görüşdüyü təqdirdə qonaq tərəfin bayrağı qoyulur.

Əyani misal kimi dünyanın iki böyük dövləti - ABŞ və Rusiyanın xarici işlər nazirlərinin müvafiq olaraq Türkiyə və İran Prezidentlərilə görüşlərində çəkilmiş video və foto materiala baxa bilərsiniz. Göründüyü kimi, bayraq məsələsinə kifayət qədər həssas yanaşan ABŞ və Rusiyanın bayraqları görüş zamanı yoxdur:






Teqlər:  





Xəbər lenti