Faciə: bir yaşlı uşaq diri-diri yandı

Faciə: bir yaşlı uşaq diri-diri yandı
  14 Oktyabr 2014    Oxunub:1606
Bu gün saat 10 radələrində Şəmkirin Çinarlı qəsəbəsində dəhşətli yanğın baş verib.
Yanğın Cavanşir və Yusif Qələndərov qardaşlarına məxsus 10-otaqlı 335 kv.m fərdi yaşayış evini əhatə edib.

Yanğın nəticəsində 5 otaq 160 kv.m sahədə tamamilə yanaraq kül olub.

Hadisə zamanı evdə olan 1 yaşlı Günay Qələndərova hadisə yerində dünyasını dəyişib. Evdə hadisə zamanı uşağın anası da olub. 4 yanğınsöndürən maşın alovun qarşısını 2 saat ərzində almağa müvəffəq olaraq digər otaqların yanmasına imkan verməyib.

Yanğının dəqiq səbəbləri bilinmir. Qısaqapanma və qaz sızması ehtimal kimi irəli sürülür.

Faktla bağlı araşdırma aparılır.(Ans)


Teqlər:





Xəbər lenti