`Berti Foqts postundan getsin`

`Berti Foqts postundan getsin`
  15 Oktyabr 2014    Oxunub:1733
“Mən də futbolçu olmuşam”.
AzVision.az xəbər verir ki, bunu apasport.az saytına açıqlamasında veteran futbolçumuz İsgəndər Cavadov deyib.

2016-cı il Avropa çempionatının qrup mərhələsində keçirdiyi son iki matçda – Palermoda İtaliyaya 1:2, Osiyekdə Xorvatiyaya 0:6 hesabı ilə uduzan milli komandamızın çıxışı Cavadovun ürəyincə olmayıb. O bildirib ki, yığmanın baş məşqçisi Berti Foqtsun fəaliyyətindən narazıdı: “Düzdü, İtaliyaya minimal hesabla uduzduq. Amma Xorvatiyaya belə ağır məğlub olacağımızı hələ Palermoda hiss etmişdim. Foqts neçə ildir Azərbaycandadı, amma nəticə verə bilmir. O, indi özünə bəraət qazandırır. Məncə, millidə yerli məşqçi çalışmalıdı”.

Cavadov bildirib ki, İcraiyyə Komitəsinin iclasında almaniyalı mütəxəssisin istefasını tələb edəcək: “Onun baş məşqçi postunda qalmasına səs verənlərdən biri də mən olmuşam. Foqts komandamızı “AVRO-2016”ya cixacagına söz vermişdi. Ürəyimdə bunun boş vədlər olduğunu bilirdim. Amma yenə də səs verdim. Bu dəfə isə onun getməsini istəyəcəyəm”.

İcraiyyə Komitəsinin digər üzvü Mirkamil Rəhimov da əməkdaşımızla söhbətində bildirib ki, Foqtsun postundan kənarlaşdırılmasını istəyir: “Mən bundan əvvəl Foqtsun yığmada qalmasını istəyənlərdən olmuşam. Amma Xorvatiya ilə oyundan sonra onun getməsini istəyirəm. İcraiyyə Komitəsinin iclasında onunla müqavilənin pozulmasını istəyəcəm. Millini Azərbaycan futbolunu bilən birisi çalışdırmalıdı”.


Teqlər:  





Xəbər lenti