Bu gün yağış yağacaq
Temperaturun gecə 14-17° isti, gündüz 21-26° isti,Bakıda gecə 14-17° isti, gündüz 22-24° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 767 mm civə sütunundan 760 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 60-65 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında axşam saatlarında qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi 5-10 m/s olacaq. Havanın temperaturunun gecə 8-13° isti, gündüz 22-27° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında axşam saatlarında qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi 5-10 m/s olacaq.
Havanın temperaturunun gecə 4-9° isti, gündüz 12-17°, bəzi yerlərdə 19° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy,Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında gecə və səhər ayrı-ayrı yerlərdə duman, çiskin olacaq. Şərq küləyi 5-10 m/s olacaq.
Temperatur gecə 10-15° isti, gündüz 20-25° isti təşkil edəcək.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,Quba, Xaçmaz və Qusar rayonlarında gecə və səhər ayrı-ayrı yerlərdə duman, çiskin olacaq. Gün ərzində hava əsasən yağmursuz keçəcək. Şərq küləyi 5-10 m/s olacaq.
Temperatur gecə 7-12° isti, gündüz 16-21° isti , dağlarda gecə 0-4° isti, gündüz 4-8° isti olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında
gecə və səhər ayrı-ayrı yerlərdə duman, çiskin olacaq.
Şərq küləyi 5-10 m/s olacaq.
Temperaturun gecə 11-16° isti, gündüz 21-26°, bəzi yerlərdə 28° isti olacağı gözlənilir.
Masallı, Yardımlı,Lerik, Lənkəran və Astara rayonlarında axşam saatlarında qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi 5-10 m/s olacaq.
Temperaturun gecə 13-15° isti, gündüz 20-25° isti, dağlarda gecə 7-12° isti, gündüz 12-17° isti olacağı gözlənilir.
AzVision.az