Qəbələdə Peyntbol Çempionatı keçiriləcək

Qəbələdə Peyntbol Çempionatı keçiriləcək
  15 Oktyabr 2014    Oxunub:3133
8-9 noyabr 2014-cü il tarixlərində Qəbələ şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü və Konstitusiya gününə həsr edilmiş Hüquq mühafizə orqanları, silahlı qüvvələr və digər strukturların Peyntbol idman növü üzrə Respublika Çempionatı keçiriləcək.

Çempionat Azərbaycan Respublikası Peyntbol Federasiyasının təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsi və ASAN Xidmətlə qarşılıqlı əməkdaşlıq şəraitində baş tutacaq.

Artıq bu məqsədlə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Peyntbol Federasiyası tərəfindən təsdiqlənmiş rəsmi əsasnamə dəvət olaraq aidiyyatı orqanlarına göndərilib.

Yarış təşkilatçıları və iştirakçıları əvvəlcə Milli Lider Heydər Əliyevin Qəbələ şəhərindəki büstünün qarşısına gül dəstələrinin qoyaraq Ulu Öndərin xatirəsini anacaqlar. Qəbələdə Çempionatın təntənəli açılışı mərasimi keçiriləcək, rəsmi şəxslər iştirak edəcəkdir. Öncə Azərbaycan Respublikasının dövlət himni səsləndiriləcək. Daha sonra yarışlara start veriləcək. Yarışlar Qəbələ Atıcılıq Mərkəzində və Qəbələ Olimpya İdman Kompleksində keçiriləcək.

Çempionatın keçirilməsində məqsəd silahlı qüvvələr və hüquq mühafizə orqanı əməkdaşlarının fiziki hazırlığının artırılmasına dəstək vermək, Azərbaycan Respublikası Prezidentinin tövsiyyələrinə uyğun olaraq idman siyasətinin həyata keçirilməsi, yeniyetmə və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi və gənclərin sağlamlığının qorunması işinə xidmət göstərilməsidir. Çempionat Azərbaycan Respublikasının silahlı qüvvələri və hüquq mühafizə orqanları idman klublarının nümayəndələri, əməkdaşlarının (müvafiq təhsil strukturlarının kursantları, mudavimləri, kadetləri, təlim tədris mərkəzinin əməkdaşaları, eləcə də bu qurumları aid edilə bilinəcək bütün personal daxil olmaqla) komandaları üçün açıqdır.

Komandalar hər biri 6 nəfərdən ibarət olmaqla silahlı qüvvələrin şəxsi heyyəti və hüquq mühafizə orqanları əməkdaşlarından və o cümlədən çempionatda iştitakda maraqlı olan digər dövlət orqanları əməkdaşlarından təşkil edilməlidir. Silahlı qüvvələrin şəxsi heyyəti və hüquq mühafizə orqanlarının əməkdaşları komandaları birgə, yaxud ayrılıqda təşkil edə bilərlər.

Ümumi komanda hesabında hakimlər kollegiyasının qərarı ilə 1-ci, 2-ci və 3-cü yeri tutmuş Komanda üzvləri Gənclər və İdman Nazirliyinin Birinci dərəcəli diplomu, kubok, medallar və eləcə də qiymətli hədiyyələrlə təltif ediləcəklər.

Çempionatda iştirak etmək üçün silahlı qüvvələr, hüquq mühafizə orqanlarında yaxud digər orqanlarda işləyən şəxslər və onun tərkibi barədə yazılı məlumatı 25 oktyabr 2014-cü il tarixədək müraciət etməlidirlər. Komandaların tərkibi Komandanın kapitanl da daxil olmaqla 6 nəfərdən ibarət olmalıdır.

Komanda Müraciətlərin göndərilməsinin əlaqələndirlməsi Çempionatın təşkili üzrə kurator Abdullayeva Cəmilə Sabir qızına göndərilməlidir.

Əlaqə üçün telefonlar: +99412- 5644235, +99450-442-20-07,
Elektron poçt: [email protected]

Qeyd edək ki, çempionatın rəsmi Əsasnaməsi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Peyntbol Federasiyası tərəfindən təsdiqlənib.


Teqlər:





Xəbər lenti