Heydər Əliyev prospektində hərəkət bərpa olunub

Heydər Əliyev prospektində hərəkət bərpa olunub
  01 May 2013    Oxunub:1269
Heydər Əliyev prospektində (Heydər Əliyev Mərkəzindən metronun “Koroğlu” stansiyasına kimi bağlı olan hissədə ) hərəkət tam bərpa olunub.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən AzVision.az-a verilən məlumata görə, Heydər Əliyev prospektində (Heydər Əliyev Mərkəzindən metronun “Koroğlu” stansiyasına kimi bağlı olan hissədə ) hərəkət tam bərpa olunub.

Qeyd edək ki, velosiped turu Heydər Əliyev mərkəzi – metronun “Koroğlu” stansiyası - Heydər Əliyev Mərkəzi marşrutu üzrə 11 dəfə dövrə vurmaqla başa çatacaq. Turun ikinci mərhələsi may ayının 2-də Bakı şəhərində Şıx çimərliyi ilə üzbəüz ərazidəki Velosiped parkından start götürərək “Bakı – Abşeron – Qobustan – Şamaxı – İsmayıllı” marşrutu üzrə keçiriləcək. Üçüncü mərhələ mayın 3-də “Qəbələ - Oğuz – Şəki – Oğuz- Qəbələ”, dördüncü mərhələ mayın 4-də “Qəbələ - Şamaxı”, beşinci - sonuncu mərhələ isə mayın 5-də Azadlıq meydanından start götürərək. Bakı şəhərinin mərkəzi küçələri ilə 12 dəfə dövrə vurmaqla yekunlaşdırılacaq.


Teqlər:  





Xəbər lenti