`Park Cinema` əlaçıları sevindirəcək

`Park Cinema` əlaçıları sevindirəcək
  15 Oktyabr 2014    Oxunub:1963
Azərbaycanın ən böyük kinoteatr şəbəkəsi olan “ParkCinema” ilə Azərbaycan Respublikası Bakı şəhəri üzrə Təhsil idarəsi arasında əməkdaşlıq layihəsi davam edir.

Kinoteatrın mətbuat xidmətinin məlumatına görə, bu ilin oktyabr ayından hər gün 1000-dən çox şagird “Park Cinema” -da pulsuz olaraq yeni cizgi filmlərini izləmək imkanı qazanacaq. Əlbəttə ki, bu şad xəbər Bakının məktəblərində uğur qazanan və ictimai fəal şagirdlərə aid edilir.

Bu aksiyaictimai məsuliyyət çərçivəsində keçirilir və Bakı məktəblərində təhsil alan şagirdlərdə təhsilə olan həvəsi artırmaq üçün yaradılan kommersiya və ictimai sektorun əməkdaşlığının nümunəsidir.

Bu,“Park Cinema” və Təhsil Nazirliyi arasında olan ilk layihə deyil, belə ki, başlanğıc layihə bu ilin mart ayında keçirilib.

Kinoteatr şəbəkəsinin rəhbərliyi gələcəkdə də təhsil və əyləncə sektorunun əməkdaşlığınayönəlmiş iri miqyaslı layihələrin keçirilməsi və Bakı şəhərinin ictimai həyatındadaha fəal iştirakının tərəfdarıdır.


Teqlər:





Xəbər lenti