Bulvarda batarkən xilas olundu

Bulvarda batarkən xilas olundu
  01 May 2013    Oxunub:1086
Bulvarda batmaq təhlükəsi ilə üzləşib, FHN xilas edib
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı bulvarın ərazisində 1988-ci il təvəllüdlü 1 nəfər dənizdə (ən yaxın xilasetmə məntəqəsindən, təxminən, 2 km məsafədə, nəzarət olunmayan ərazidə) batmaq təhlükəsi ilə üzləşib.

Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaş Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən xilas olunaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 14:35-də başa çatıb.


Teqlər:  





Xəbər lenti