Qazinin ölümü ilə bağlı - rəsmi Açıqlama

Qazinin ölümü ilə bağlı - rəsmi Açıqlama
  17 Oktyabr 2014    Oxunub:2143
Daxili İşlər Nazirliyi Qarabağ qazisinin öldüyü qəza ilə bağlı məlumat yayıb.
AzVision.az DİN-in saytına istinadən xəbər verir ki, hadisə dünən Binəqədi rayonunun Cavadxan küçəsində baş verib.

Bakı şəhər sakini Rəşad Kərimovun idarə etdiyi “Grand Cherokee” və Sumqayıt şəhər sakini Sevil Abbasovanın idarə etdiyi “Lifan” markalı avtomobillər toqquşub.

S.Abbasova hadisə yerində ölüb, 2 sərnişini, habelə R.Kərimov xəstəxanaya yerləşdirilib.

Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, sərnişinlərdən biri jurnalist Pərviz Cəbrəyılın qardaşı Nahid Cəbrəyılovdur, qəzada həlak olan qadın isə Qarabağ qazisi Sevil Abbasovadır.

AzVision.az


Teqlər:  





Xəbər lenti