Azad Rəhimov BMT-də çıxış edəcək

Azad Rəhimov BMT-də çıxış edəcək
  17 Oktyabr 2014    Oxunub:1560
Gənclər və idman naziri Azad Rəhimov oktyabrın 20-də BMT Baş Qərargahında keçiriləcək Baş Assambleyanın 69-cu sessiyasında çıxış edəcək.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, nazir “İnkişaf və sülh naminə İdman” bəndi altında müzakirələr çərçivəsində çıxış edəcək.

Azad Rəhimov ölkənin birinci xanımı, Bakı Avropa oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın rəhbərliyi altında 2015-ci il 12 iyun tarixindən Bakıda start götürəcək ilk Avropa oyunlarına hazırlıqla bağlı məlumatları diqqətə çatdıracaq.

Sessiya zamanı həmçinin Birinci Avropa Oyunlarının keçirilməsi ilə bağlı görülmüş işlər barədə dünya ictimaiyyətinə ətraflı məlumat verilməsi və təbliğat xarakterli tədbirlərin təşkili, o cümlədən idmanın inkişafı sahəsində ölkəmizin fəaliyyətinə, uğurlarına və Birinci Avropa Oyunlarına həsr olunmuş sərginin təşkili və təbliğat xarakterli materialların paylanılması da planlaşdırılır.

Səfər oktyabrın 25-də başa çatacaq.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti