“Hörümçək toru”nun ad günüdür

“Hörümçək toru”nun ad günüdür
  01 May 2013    Oxunub:2823
“Elmi araşdırmalardan biznesə, təhsilə kimi bütün sahələri əhatə edən bu hörümçək toru bizim ünsiyyət üsullarımızı, işimizi, həyatımızı dəyişib”.
1989 –cu ildə Tim Berners –Li (Tim Berners-Lee) dünyanın müxtəlif universitetlərinin ,institutlarının fiziklərinə informasiya mübadiləsi imkanı verən texnologiya işləyib hazırladı. 1993-cü il aprelin 30-da isə Berners Li-nin işlədiyi Avropanın Nüvə Araşdırmaları Mərkəzi (CERN) W3proqramını hər kəs üçün açıq elan etdi.

Beləliklə Facebook, Instagram, Twitter və s.yarandı...

“Cəmiyyətdə elə bir sektor yoxdur ki, fizika laboratoriyasının bu kəşfi onu dəyişdirməmiş olsun- deyə CERN-nin baş direktoru Rolf Hoyer (Rolf Heuer) öz bəyənatında bildirir:

“Elmi araşdırmalardan biznesə, təhsilə kimi bütün sahələri əhatə edən bu hörümçək toru bizim ünsiyyət üsullarımızı, işimizi, həyatımızı dəyişib. “Ümumdünya hörümçək toru” nəzəri tədqiqatların bütün bəşəriyyət üçün nə dərəcədə əhəmiyyətli olduğunu sübut etdi”.

İnternetin yubileyi çərçivəsində CERN əvvəlki rəqəmsal aktivlərin qorunub saxlanılması şərtilə yeni layihə irəli sürüb.

“Hər şeydən əvvəl biz birinci URL –i bərpa etmək –lap əvvəlki faylları yenidən geri qaytarmaq istəyirik. Sonra CERN-nin ilk veb-serverlərini yoxlayıb köhnə aktivlərdən mühüm olanlarını saxlayıb digərlərini yenisi ilə əvəz edəcəyik”-deyə agentliyin mütəxəssisləri bildirilər.

Qeyd edək ki, dünyanın birinci veb-saytı NeXT kompüterlərinə yerləşdirilib. Bu sayt torun əsas özəllikləri barədə məlumatları, eləcə də ayrı-ayrı insanların sənədlərinə keçid əldə etmək və xüsusi serverlər yaratmaq və s. kimi xidmətləri özündə birləşdirir.

CERN təmsilçiləri NeXT veb-serverlərinin hələ də mövcud olduğunu bildirilər. Ancaq dünyanın ilk veb-saytının adresi əvvəlki kimi URL: https://azvision.az/redirect.php?url=http://info.cern.ch/hypertext/WWW/TheProject.html deyil, dəyişdirilib.

Lakin 20 illik yubiley münasibətilə bu ünvan CERN-də saxlanılan arxiv materiallarına əsasən yenidən bərpa edilib.

Qeyd etmək lazımdır ki, interneti “internetin atası” adlandırılan Berners –Li ikəşf etməyib. O, bu barədə gəzən söz-söhbətləri təkzib edir. Öz saytındakı mesajlarında birində Berners-Li, yaratdığı veb-protokolla internet arasındakı fərqi izah edir:

“Mən “Hörümçək torunu” yaradan zaman internet var idi, artıq 15 il idi ki, fəaliyyət göstərirdi. Əgər siz internetin atasını axtarırsınızsa, “İnternet Protokolunu” (İP) müəyyən edən Vint Serfi (Vint Cerf), Bob Kanı (Bob Kahn) xatırlayın. Məhz İP vasitəsilə məlumat bir kompüterdən digərinə ötürülür”.

Yeri gəlmişkən, El Qorun (Al Gore)öz ad gününə tort bişirib –bişirmədiyi barədə məlumat verilmir.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti