Əfqanıstan dövlət qulluqçuları üçün təlim keçirilir

Əfqanıstan dövlət qulluqçuları üçün təlim keçirilir
  01 May 2013    Oxunub:1080
Əfqanıstan İslam Respublikasının Müstəqil İnzibati İslahatlar və Dövlət Qulluğu Komissiyasının 13 nəfərdən ibarət nümayəndə heyəti növbəti dəfə ölkəmizdə olub.
1 may 2013-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya BMT İnkişaf Proqramı (UNDP) ilə birgə həyata keçirdiyi layihə çərçivəsində Əfqanıstan İslam Respublikasının Müstəqil İnzibati İslahatlar və Dövlət Qulluğu Komissiyasının 13 nəfərdən ibarət nümayəndə heyəti növbəti dəfə ölkəmizə rəsmi səfərə gəlib. DQMK-nın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, səfərin əsas məqsədi dövlət qulluğuna qəbul, bu sahədə e-xidmətlərin göstərilməsi, insan resurslarının idarə edilməsi ilə bağlı Azərbaycanın təcrübəsi ilə tanış olmaqdır.

Qeyd olunan sahələr üzrə Komissiyanın əməkdaşları tərəfindən 1-3 may 2013-cü il tarixlərdə əfqan dövlət qulluqçularına təlim keçiriləcəkdir. Bununla bağlı 2013-cü il mayın 1-də “Lake Palace” otelində tədbir keçirilib. Tədbiri giriş sözü ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov açıb. O, qonaqları salamlayıb və Azərbaycan Respublikasında dövlət qulluğuna qəbulla bağlı keçirilən islahatlar barədə məlumat verib və dövlət qulluğu sahəsində Əfqanıstan İslam Respublikasının müvafiq qurumu ilə əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu bildirib.

AzVision.az


Teqlər:  





Xəbər lenti