Azərbaycan Respublikasının müdafiə naziri ABŞ-ın nəqliyyat komandanını qəbul edib.
Bu gün Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatlarının nəqliyyat komandanı general Uilyam Freyzerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Müdafiə nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, görüş zamanı ABŞ-Azərbaycan əlaqələri, regionda vəziyyət və təhlükəsizlik məsələləri müzakirə olunub.
Görüşdə ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstar da iştirak edib.