Zərdabda yol qəzası-ölən və yaralananlar var

  01 May 2013    Oxunub : 652
Zərdabda yol qəzası-ölən və yaralananlar var
“ŞAQMAN” markalı yük avtomobili ilə “VAZ” markalı minik avtomobili toqquşub.
Zərdab rayonu, Zərdab-Ucar yolunda Sahibləri məlum olmayan “ŞAQMAN” markalı yük avtomobili ilə “VAZ” markalı minik avtomobili toqquşub. AzVision.az FHN-nin saytına istinadən xəbər verir ki, nəticədə minik avtomobilində olan şəxsiyyətləri məlum olmayan sərnişinlər (qadın, kişi və azyaşlı oğlan) müxtəlif bədən xəsarətləri ilə vətəndaşlar tərəfindən avtomobildən çıxarılaraq xəstəxanaya göndəriliblər. Minik avtomobilinin sürücüsünün sıxılmış meyiti isə yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif alət və avadanlıqlardan istifadə etməklə avtomobildən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Əməliyyat saat 16:17-də başa çatıb.

AzVision.az

Teqlər: