“Bavariya” "Barselona"ya aman vermədi

“Bavariya” "Barselona"ya aman vermədi
  02 May 2013    Oxunub:1591
Bu gün Çempionlar Liqasının ikinci finalçısı məlum olub.
AzVision.az xəbər verir ki, dünən "Borussiya"nın finala çıxmasından sonra digər finalçının da adı məlum olub. "Barselona"nın qonağı olan “Bavariya” ikinci oyunda da rəqibinə aman verməyib. Birinci oyunda 4:0 qalib gələn almanlar bu oyunda da üstünlüyü əldən verməyiblər və 3:0 hesabı ilə qalib gəlib. Bununla da, Almaniya təmsilçisi hər iki oyunun nəticəsinə görə "Barselona"nın qapısına yeddi cavabsız qol vuraraq adını finala yazdırıb.

Bununla da mayın 25-də "Uembli"də baş tutacaq final görüşündə iki alman komandası, "Borussiya" və "Bavariya" üz-üzə gələcək.

Çempionlar Liqası, yarımfinal, cavab oyunları

1 may

23:45. “Barselona” (İspaniya) – “Bavariya” (Almaniya) - 0:3
Qollar: Robben, 49 (0:1), Pike, 72-avtoqol, (0:2), Müller, 78 (0:3)
İlk oyun (0:4)

30 aprel

23:45. “Real” (İspaniya) – “Borussiya” (Dortmund, Almaniya) - 2:0
Qollar: Benzema, 83 (1:0), Ramos, 88 (2:0)
İlk oyun (1:4)


Teqlər:  





Xəbər lenti