Sahib Alıyev: `Xankəndinə İlham Əliyev gedəcək`

Sahib Alıyev: `Xankəndinə İlham Əliyev gedəcək`
  21 Oktyabr 2014    Oxunub:2545
`Dağlıq Qarabağdakı separatçı rejimin başında duran Bako Saakyan Minsk qupuna həmsədlik edən dövlətlərin prezidentlərini Xankəndinə çağırıb. O istəyir ki, həmin dövlətlərin rəhbərləri gəlib yerində vəziyyətlə tanış oldudan sonra ordakıların taleyilə bağlı qərar versinlər.`

Bu sözlər millət vəkili, telejurnalist Sahib Alıyevə məxsusdur. Onun fikrincə, Saakyan əmin ola bilər ki, nə Amerika, nə də Rusiya və Fransa prezidentləri Dağlıq Qarabağa getməyəcəklər. Və oradakı ermənilərin taleyilə bağlı qərar da onlarlıq məsələ deyil.

`Minsk qrupuna həmsdrlik edən dövlətlərin başçıları ancaq öz ölkələrinin əhalisinin taleyilə bağlı qərar verə bilərlər. Separatçı rejimin başçısının bunu anlamamsı onun əyalətçiliyindən qaynaqlanır. Amma Dağlıq Qarabağdakılara çox da gözləmək lazım gəlməyəcək. Orda yaşayanların taleyini həll edəcək Prezident Xankəndinə gedəcək. O, Azərbaycanın dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev olacaq! Gözləyin!..`,- deyə Sahib Alıyev vurğulayıb.


Teqlər:





Xəbər lenti