Prezident və baş nazir toyda - FOTOLAR

Prezident və baş nazir toyda - FOTOLAR
  22 Oktyabr 2014    Oxunub:3978
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlu hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini və baş nazirin müşaviri Hüseyn Çelikin oğlunun toy mərasimində iştirak ediblər.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Əli Əkrəm Çelik və Esin Ərdalın nikahını Anakara Bələdiyyəsinin sədri Melih Gökçek rəsmiləşdirib. Ərdoğan və Davudoğlu nikah şahidi olublar.

Prezidentin həyat yoldaşı Əminə Ərdoğanla birlikdə qatıldığı toyda ölkənin 11-ci prezidenti Abdullah Gül və Diyanet İşləri Başqanı Mehmet Görmez də nikah şahidi kimi iştirak edib.

Fatimə Kərimli

Qalereya




Teqlər:  





Xəbər lenti