“Ev verilərkən 3 prinsip əsas götürüləcək”

“Ev verilərkən 3 prinsip əsas götürüləcək”
  02 May 2013    Oxunub:1245
“Azərbaycana qələminə güvənən jurnalist lazımdır”.
AzVision.az xəbər verir ki, bunu Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.

Jurnalistlərə mənzil verilməsindən danışan Əli Həsənovun sözlərinə görə, bu zaman üç prinsip əsas götürüləcək.

“Mənzillər Azərbaycan mediasında xidməti olan, haqqı olan və ehtiyacı olan jurnalistlərə veriləcək. Əgər xidməti olan 1000-dən artıq jurnalist olarsa, bu zaman onların içindən haqqı olanları, yenə say çox olarsa, onda onların da arasından daha çox ehtiyacı olanları seçəcəyik. Jurnalist qələminə güvənməlidir. Bilməlidir ki, onun qələmi azad jurnalistikaya, dövlətinə, xalqına xidmət edəcək. Azərbaycana belə jurnalist lazımdır. Dövlət buna maliyyə ayırmağa hazırdır”.


Teqlər:  





Xəbər lenti