`Məni azərbaycanlı ekstrasens uduzdurdu` - Dünya Çempionu

`Məni azərbaycanlı ekstrasens uduzdurdu` - Dünya Çempionu
  25 Oktyabr 2014    Oxunub:15449
“Mənimlə Harri Kasparovun arasında həlledici matç oynanılanda ekstrasens Tofiq Dadaşov məsələyə qarışmışdı. Guya o, məni udması üçün Kasparova enerji ötürməli idi. Sonralar Dadaşov mənə dedi ki, hər şeyi gizlin edib. Halbuki mən partiyanın əvvəlindən sonuna qədər onun nəzərlərini öz üzərində hiss edirdim”.

AzVision.az
xəbər verir ki, bu sözləri şahmat üzrə dünya çempionu Anatoli Karpov Rusiyanın məşhur “Arqumentı i faktı” həftəliyinə açıqlamasında deyib. Çempion bildirib ki, həqiqətən də, həlledici oyun zamanı anlaşılmaz hadisələr baş verib:

- Tamamilə üstün vəziyyətdə olmağıma baxmayaraq, mən məntiqsiz hərəkətlər etməyə, səhvlər buraxmağa başladım və nəticədə çempionluq titulunu əldən verdim. Mənim fikirləşmə mexanizmimdə nəsə sınmışdı. Bəlkə də kənardan olan təsirə görə. Yaxud bəlkə də ona görə ki, Tofiq Dadaşovin baxışları mənim konsentrasiyamı pozurdu... Yəni o, Kasparova kömək etmirdi, əksinə, mənə mane olurdu.

Tariyel Həsənov
AzVision.az




Teqlər:  





Xəbər lenti