Nəhəng teleskopla çəkilən ən kiçik film-VIDEO

Nəhəng teleskopla çəkilən ən kiçik film-VIDEO
  02 May 2013    Oxunub:1525
"İBM" dünyanın ən kiçik filmini çəkib
Dünyanın tanınmış kompüter şirkətlərindən biri "İBM" dünyanın ən kiçik filmini çəkməyə müvəffəq olub. İstər vaxtına, istərsə də formatına görə dünyanın ən kiçik filmi statusunu qazanan sənət əsərinin adı isə "Oğlan və onun atomu" adlanır. Kadrlarda onun güya topla oynadığı və trampilindən tullandığı əks olunub. Filmi ərsəyə gətirənlərin sözlərinə görə, çəkilişlər mikro hesablama üsulu ilə 2 tonluq teleskopla ərsəyə gəlib.

242 kadrlıq film nümayiş olunmaq üçün Hollivuda aparılıb. Güman edilir ki, burda hərəkətli atomların köməyi ilə XXI əsrin tam yeni formatlı filmləri çəkiləcək. Filmi izləyə bilmək üçün onu milyon dəfələrlə böyütmək lazımdır ki, bu da onun digər filmlərdən fərqləndirən ən əsas cəhətidir.





Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti