3 balıqçı Xəzərdə itkin düşdü

  25 Oktyabr 2014    Oxunub : 647
3 balıqçı Xəzərdə itkin düşdü
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsindən, 3 nəfər balıqçı balıq tutmaq məqsədi ilə Xəzər dənizinə çıxıb və geri qayıtmayıblar.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidməti və Aviasiya dəstəsi axtarışlara cəlb olunub. Digər aidiyyatı dövlət qurumları məlumatlandırılıb.

Hazırda Dövlət Sularda Xilasetmə Xidməti tərəfindən axtarışlar davam etdirilir.

Teqlər: