"Qalatasaray"ın yeni prezidenti seçildi

Ötən gün keçirilən seçkilərdə Duyqun Yarsuvat klubun sayca 35-ci prezidenti seçilib.
Ümumilikdə 3343 səsin 1777-ni toplayan Yarsuvat rəqibi Alp Yalmanı 211 səs qabaqlayıb. D.Yarsuvat 2016-cı ilə qədər "Qalatasaray"ın prezidenti olacaq.
Bundan sonra yenidən prezident seçkiləri keçiriləcək. Həmin seçkilərdə "Qalatasaray"ın sabiq rəhbər nümayəndələrindən olan Adnan Öztürkün namizədliyini irəli sürəcəyi bildirilir.
Teqlər: