Biabırçı olay: gəlin evli kişiyə qoşulub qaçdı

Biabırçı olay:  gəlin evli kişiyə qoşulub qaçdı
  26 Oktyabr 2014    Oxunub:3127
Azərbaycanda evli qadının evli kişiyə qoşulub qaçması ilə bağlı daha bir biabırçı hadisə baş verib.

Avropa.info xəbər verir ki, təqribən bir ay öncə, Ağcabədi şəhəri X. Səfərəliyev küçəsində yaşayan , evli, iki uşaq anası, 18 yaşlı Abbasova Əfsanə Mədət qızı , 44 yaşlı, evli, əvvəllər bir neçə dəfə ailə qurub-boşanmış Kərimov Novruz adlı şəhər sakininə qoşulub qaçıb.

Məsələnin ən biabırçı tərəfi burasındadır ki, gəlinin qoşulub qaçdığı şəxs onun qanuni əri, 27 yaşlı Səfiyev Sadiq Həbib oğlunun xalasının həyat yoldaşıdır. 18 yaşlı Abbasova Əfsanə Mədət qızı biri 3 yaşında, biri isə, 1 yaşında olan övladlarını qoyub ər evindən qaçıb.

Saytın əldə etdiyi məlumata görə, hazırda əri ola-ola , ərinin qohumu Kərimov Novruza qoşulub qaçan Abbasoba Əfsanə hazırda onunla yaşayır. Eyni zamanda, atıb qaçdığı iki uşağını hələ də məhkəmə qaydası ilə boşanmadığı ərindən almaq üçün Ağcabədi şəhər məhkəməsinə müraciət edib.



Teqlər:  





Xəbər lenti