83 yaşlı qadın evində ölü tapıdı

83 yaşlı qadın evində ölü tapıdı
  26 Oktyabr 2014    Oxunub:1590
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda mənzildə bağlı qapı arxasında 1931-ci il təvəllüdlü qadın köməksiz vəziyyətdə qalıb. Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər mənzilin qapısını xüsusi alət və avadanlıqlar vasitəsilə açıblar. Mənzilə baxış keçirilərkən Lapuri Oliqa Konstantinovna hərəkətsiz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində O. Lapurinin vəfat etdiyi müəyyən olunub.

Qeyd olunan şəxsin meyiti xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 12:39-da başa çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti