`Mən onu sevirəm...` - Maqomayevin həyat yoldaşı

`Mən onu sevirəm...` - Maqomayevin həyat yoldaşı
  26 Oktyabr 2014    Oxunub:3840
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin ölümünün 6-ci ildönümü Azərbaycanda olduğu kimi onun ikinci vətəni Rusiyada da qeyd olunur.
Moskvada keçirilən anım mərasimində Maqomayevin həyat yoldaşı da iştirak edib.

ANS TV-nin Moskva bürosunun məlumatına görə, əfsanəvi səsiylə sadəcə azərbaycanlıların deyil müxtəlif millətlərə mənsub milyonlarca insanın sevgisini qazanmış olan böyük sənətkar Müslüm Maqomayev ölümünün 6-cı ildönümündə də Rusiyadakı heyranları tərəfindən undulmadı. Sabahın erkən saatlarından etibarən Müslüm Maqomayevin Moskvadakı heykəli qarşısında toplaşmaya başlayan yüzlərlə insan gətirdikləri çiçəklərlə böyük sənətkarı yad etdi. Maqomayev haqqında xatirələrini paylaşan Ümumrusiya Azərbaycan Konqresinin nümayəndələri və Maqomayevin həyat yoldaşı Tamara Sinyavskaya Müslümün sadəcə misilsiz istedadıyla deyil, həm də yüksək insani keyfiyyətləriylə Rus və Azərbaycan xalqlarının fəxri olduğunu dedilər.

Müslüm Magqomayevin böyük insan olduğunu deyən müğənni Emin Ağalarov onun Azərbaycan xalqının deyil, eləcə də MDB məkanının ən dahi müğənnisi olduğunu dedi.

Müslüm Maqomayevin həyat yoldaşı Tamara Sinyavska isə hər il 25 oktyabrda Moskvada qalmalı olduğunu bildirdi: "Bu müxtəlif səbəblərə görə belə olur, ən çox da səhhətimlə bağlı. Halbuki, bu gün mən Bakıda Fəxri Xiyabanda olmalıydım. Əlbəttə ki, mənim ürəyim indi ordadır. Və inanıram ki, Müslümü heç vaxt unutmayan dostları da Bakıdadırlar. Sadəcə bunu demək istəyirəm - mən onu sevirəm".

Müslüm Maqomayev 2008-ci il oktyabrın 25-də 66 yaşında Moskvada vəfat edib. Böyük sənətkarın musiqi irsini davam etdirmək üçün Moskvada Müslüm Maqomayev Fondu fəaliyyət göstərir.


Teqlər:  





Xəbər lenti