“Heç kim mənə baş çəkmir”- Keçmiş nazir

“Heç kim mənə baş çəkmir”- Keçmiş nazir
  27 Oktyabr 2014    Oxunub:2686
“Noyabrın ortalarında müayinə olunmaq üçün yenidən Türkiyəyə gedəcəm”.
AzVision.az xəbər verir ki, bunu aznews.az-a açıqlamasında sabiq təhsil naziri Firudin Cəlilov deyib.

Hazırda özünü yaxşı hiss etdiyini deyən F.Cəlilov müalicəsinin ev şəraitində davam etdiyini bildirib: “Dərmanlar içirəm. Özüm də yaxşıyam, amma yenə də həkim nəzarətindən keçməliyəm”.

“Dost-tanışlardan kimlər yanınıza gəlir?” sualına F.Cəlilovun cavabı belə olub: “Heç kim, amma arada görüşürük. Həyat belədir, bilinmir sonra nə olacaq”.

Xatırladaq ki, F.Cəlilov ürək-damar xəstəliyindən əziyyət çəkir. O, bununla əlaqədar Türkiyədə əməliyyat keçirib.


Teqlər:  





Xəbər lenti