Xoşqədəmin evlənmə xəbərinə reaksiya

Xoşqədəmin evlənmə xəbərinə reaksiya
  27 Oktyabr 2014    Oxunub:2864
Əməkdar artist, müğənni Aybəniz Haşimova teleaparıcı Xoşqədəm Hidayətqızı və türkiyəli müğənni Doğuşun ailə qurması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
AzVision.az xəbər verir ki, müğənni Xoşqədəmn Hidayətqızının toy videosuna baxdığını və çox sevindiyini bildirib.

`Videonu izlədikdə bəlkə də inanmayacağınız qədər sevincli və xoşbəxt oldum. Xoşqədəm xanım azərbaycanlı anasının xoşbəxt qızı oldu. Əziz bacım necə sevindiyimi kaş ki, görəydin. Xoşbəxtlərin, xoşbəxti ol. Sən bütün xoşbəxtliyə layiq xanımsan. Sənin timsalında nə qədər ətrafiıda subay xanimlar varsa, hamsına sənin kimi xoşbəxt olmağı arzu edirəm. Allahdan bir istəyim var ki, səni pis gözlərdən, pis nəfəslərdən qorusun, bacım. Allah səni mükafatlandırdı`.

Qeyd edək ki, ATV kanalında yayımlanan “Səni axtarıram” verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı Doğuşla evlənməsi barədə yayılan xəbərlərə aydınlıq gətirib.

“Doğuş öz ölkəsindən tanınan bir müğənnidir. Mən də öz ölkəmdə tanınan bir insanam. Hər zaman proqramımda qeyri-rəsmi nikahın əleyhinə olmuşam. Mən rəsmi, adət-ənənələrə uyğun ailə həyatı qurmuşam. Azərbaycanı heç bir ölkəyə dəyişmərəm, ölkəmi tərk etməyəcəm, Doğuşla verilişi daha da inkişaf etdirəcəyik”.

AzVision.az


Teqlər:  





Xəbər lenti