Hərbiçilərimiz qəzaya düşdü, ölən və yaralananlar var

Hərbiçilərimiz qəzaya düşdü, ölən və yaralananlar var
  02 May 2013    Oxunub:1172
Bakıda hərbçilər ağır yol qəzasına düşüb.
Suraxanı rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə mayın 1-də qeydə alınıb.

Bakı şəhər sakini Elçin Mahmudov idarə etdiyi "Chevrolet" markalı avtomaşını yolun kənarındakı qaz borusuna çırpıb.

Nəticədə sürücü aldığı xəsarətdən hadisə yerində keçinib.

Avtomobildə olan sərnişinlər - Aqil Hüseynov, miçman Vüqar Ağayev və kiçik miçman İsgəndər Məmmədov müxtəlif dərəcəli xəsarətlər alıblar.

Onlar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.(apa)



Teqlər:  





Xəbər lenti