EMİN xalq artisti ilə duet oxuyacaq

“Crystal Hall”-un səhnəsində çıxış edəcək olan Eminlə birlikdə səhnəyə dünyanın bir çox ulduzları çıxacaq. Konsertdə , keçən həftə Bakıya gələn ukraynalı müğənni Ani Lorak da sevilən mahnılarını oxuyacaq. Dekabrın 4-də 35 yaşını tamamlayacaq olan Emin ilə birlikdə “Crystal Hall”-da yerli ulduzlardan Xalq artisti Zülfiyyə Xanbabayeva da çıxış edəcək. Hətta konsertində ilk dəfə olaraq doğma dildə mahnı oxuyacağını söyləyən Emin Zülfiyyə Xanbabayevanın sənətinə böyük hörmət göstərdiyini bildirib.
AzVision.az