Bayram Kürdəxanlının işi məhkəmədə

Bayram Kürdəxanlının işi məhkəmədə
  28 Oktyabr 2014    Oxunub:1864
Tanınmış meyxanaçı Bayram Kürdəxanlının cinayət işi məhkəməyə göndərilib.
Bu barədə lent.az-a Sabunçu rayon Məhkəməsindən məlumat verilib.

Məhkəmədən bildirib ki, oktyabrın 30-da Bayram Kürdəxanlının cinayət işi ilə bağlı məhkəmənin hazırlıq iclası keçirəcək.

Qeyd edək ki, Bayram Kürdəxanlı iyulun 12-də Sabunçu rayonu ərazisində saxlanılıb. Bakıxanov qəsəbəsində polis əməkdaşları tərəfindən saxlanılan Bayram Kürdəxanlının üzərindən narkotik maddə aşkarlanıb. Faktla bağlı Sabunçu rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə iş başlanılıb.


Teqlər:  





Xəbər lenti