Aida Mahmudova yeni studiya açır

Aida Mahmudova yeni studiya açır
  28 Oktyabr 2014    Oxunub:3373
Professor Nərgiz Paşayevanın qızı, "YARAT" müasir incəsənət mərkəzinin təsisçisi Aida Mahmudova yeni studiya açır.

AzVision.az "YARAT"ın rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, açılış mərasimi noyabrın 1-də baş tutacaq.

Məlumatda bildirilir:

"Əziz dostlar, sizi böyük məmnuniyyətlə 1 Noyabr 2014-cü il tarixində saat 12:00-dan 00:00-dək davam edəcək Yarat Rəssamlar Studiyalarının açılış mərasiminə dəvət edirik.

YARAT Rəssamlar Studiyaları 11 azərbaycanlı rəssamın bir arada çalışdığı, istirahət etdiyi və ideyalarını bölüşdüyü, işləri və yaradıcı enerjiləri ilə zəngin bir məkana çevrilib.

YARAT Rəssamlar Studiyaları yeni tikilmiş 4 mərtəbəli binadan ibarətdir, harda ki, Aida Mahmudova, Orxan Hüseynov, Fərid Rəsulov, Faiq Ahmed, Ramal Kazımov, Vüsal Rəhim, Fərhad Fərzəliyev, Nəzrin Məmmədova, Reza Hazare, Rəşad Ələkbərov və Niyaz Nəcəfov kimi rəssamlar öz əsərlərini yaradırlar.

Yaradıcı iqamətgahda, hətta beynəlxalq rəssamların studiyalar boyunca rahat yaşayış və işləmələri üçün gərəkli şərait yaradılıb. İlk qonaqlarımızı 2015-ci ilin əvvəllərində qarşılamağı planlaşdırırıq.

Bütün gün ərzində rəsmlərin, heykəllərin, kölgə installyasiyalarının, eksperimental musiqi və video installyasiyalarının detallarını sizinlə məmnuniyyətlə bölüşməyə hazır olan rəssamlarla tanışlıq şansınız olacaq. Siz incəsənətin mürəkkəb və valehedici ərsəyə gəlmə prosesininin bir parçasına çevriləcəksiniz.

Açılış proqramına həmçinin Dilarə Atakişiyevanın rəhbərlik etdiyi "Da Art" Uşaq studiyasına aid qısa seminar, məşhur DJ Pancho tərəfindən musiqi proqramı və sərinləşdirici içkilər daxildir.

Həyat yaradıcılığını, azadlığı və xoşbəxtliyi sevən və dəyərləndirən hər kəs üçün giriş sərbəstdir!".

Açılış mərasiminə qatılmaq istəyənlər aşağıdakı ünvana təşrif buyura bilərlər:

Ünvan: Həsən Əliyev küç., məhəllə 1061, Nəsimi rayonu, Kimya şəhəri (Megastore marketinin arxası).



Teqlər:





Xəbər lenti