Bu mağazalardan mal almayın - Siyahı

Bu mağazalardan mal almayın - Siyahı
  28 Oktyabr 2014    Oxunub:1986
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı paytaxt Bakı ilə yanaşı bölgələrdə də ciddi nöqsanlar aşkar edilib. Reydlər zamanı bir sıra mağazalardan istifadə müddəti keçmiş məhsullar aşkar edilib:

Sumqayıt şəhərində

- 4-cü mikrorayon, 7/8 ünvanında Qafur Nəzirova məxsus mağazada;

Tovuz şəhərində

- H.Əliyev prospektində Sevinc Bağırovaya məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların;

Bakının Sabunçu rayonunda

- Bakıxanov qəsəbəsi, R.Axundov küçəsi, 19 ünvanında Abbas Abbasova məxsus mağazada;

Xətai rayonunda

- Əhmədli qəsəbəsi, Ş.Səmədov küçəsi, 12A ünvanında Musa Abdullayevə məxsus mağazada;

Sumqayıt şəhərində

- 8-ci mikrorayonda Məhərrəm Məmmədova məxsus mağazada;

Biləsuvar şəhərində

- H.Əliyev küçəsində Elşən Əliyevə məxsus mağazada;

Sabirabad şəhərində

- H.Əliyev prospekti, 96A ünvanında Daşqın Cəfərova məxsus mağazada normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların;

Bakının Xətai rayonunda

- Babək prospekti, 10D ünvanında Elnur Həmidova məxsus mağazada;

Sabunçu rayonunda

- Zabrat qəsəbəsində Fərqanə Rzayevaya məxsus mağazada;

Sumqayıt şəhərində

- 1-ci məhəllə, M.Hüseynzadə küçəsində Günay Məmmədovaya məxsus mağazada;

Gəncə şəhərində

- Vaqif küçəsi, 127 ünvanında Lətif Kərimiyə məxsus mağazada;

Tovuz şəhərində

- H.Əliyev prospekti, 44 ünvanında Eldar Abdıyevə məxsus mağazada;

- Mərkəzi bazar daxilində Samir Orucova məxsus mağazada;

Sabirabad şəhərində

- H.Əliyev prospekti, 37 ünvanında Cavad Həsənova məxsus yeməkxanada;

Qusar şəhərində

- N.Şərifov küçəsində Mübariz Verdixanova məxsus mağazada;

Şabran şəhərində

- H.Əliyev prospektində Təbriz Mirzəyevə məxsus mağazada;

Şəki şəhərində

- Xətai küçəsində Mahir Qazıəhmədə məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.




Teqlər:





Xəbər lenti