Ana məhkum oğluna narkotik gətirdi

Ana məhkum oğluna narkotik gətirdi
  29 Oktyabr 2014    Oxunub:1212
Ədliyyə Nazirliyinin Penitensiar xidmətin 7 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsinin qarşısı alınıb.
AzVision.az qurumun saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 177.2.1; 177.2.2; 177.2.3; 177.2.4; 177.3.3; 66.3 və 67-ci maddələrinə əsasən azadlıqdan məhrum edilən məhkum Mayıl Şərafəddin oğlu İsmayılovun yanına qısamüddətli görüşə gəlmiş anasının üzərinə baxış keçirilib.

Ağsu rayonu, Pirhəsənli kəndində yaşayan vətəndaş Əsmarə Barat qızı İsmayılovanın görüş otağında üzərinə və əşyalarına baxış keçirilən zaman, əl çantasında olan saç üçün rezinin içərisində gümüşü kağıza bükülərək gizlədilən 4,153 qram narkotik maddə - həşiş qətranı aşkar edilərək götürülüb.


Teqlər:  





Xəbər lenti