`Neftçi` uddu, `Qarabağ` büdrədi

`Neftçi` uddu, `Qarabağ` büdrədi
  30 Oktyabr 2014    Oxunub:1574
Bu gün Azərbaycan Premyer Liqasında 10-cu turun oyunları keçirilib.
Naxçıvanda "Araz Naxçıvan" klubu öz meydanında "Qəbələ"ni qəbul edib. Pavol Farkaşın matçın 21-ci dəqiqəsində vurduğu qol Qəbələ təmsilçisinə minimal hesablı qələbə qazandırıb. Paytaxt derbisində isə "Bakı" və "Neftçi" komandaları üz-üzə gəlib. Oyun "Neftçi"nin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Ötən turda "Qarabağ"a 2:3 hesabı ilə uduzan "Xəzər Lənkəran" klubu səfərdə "Sumqayıt"ın qonağı olub. Oyun Lənkəran təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. AZAL klubu isə evdə "Simurq"la qarşılaşıb. Bu görüşdə qalib müəyyənləşməyib. Hərəyə iki dəfə fəqlənən komandalar oyundan 1 xalla ayrılıblar - 2:2.

Turun mərkəzi qarşılaşması "İnter Arena"da keçirilib. Burada "İnter" klubu Premyer Liqanın lideri "Qarabağ"ı qəbul edib. Matç qolsuz bərabərliklə başa çatıb - 0:0.


Teqlər:





Xəbər lenti