Məşhur mahnımızın serialda qeyri-adi ifası - VİDEO

Məşhur mahnımızın serialda qeyri-adi ifası - VİDEO
  30 Oktyabr 2014    Oxunub:11491
`Space` telekanalında yayımlanan `Səadət` serialında aktyor kimi çəkilən gənc müğənni Rəmal Rəsul `Nazəndə sevgilim` mahnısını qeyri-adi tərzdə ifa edib.

- Bu mahnını çoxdan gözaltı etmişdim, onu İspan stilinə yaxın tərzdə, gitaralar və skripkanın müşayiətilə oxumaq istəyirdim. Mən filmdə müğənni obrazını canlandırdığım üçün, serialının ssenari müəllifi Tural Bakuvinin də təklifilə qərara aldıq ki, bu fikrimi orada reallaşdıraq. Və sözləri İslam Səfərli, musiqisi Andrey Babayevə aid olan bu gözəl mahnını serialda tamam fərqli şəkildə ifa etdim - deyə Rəmal Rəsul AzVision.az-a bildirib.

Qeyd edək ki, `Səadət` serialının rejissorları Elvin Rüstəmzadə və Anar Məmmədəliyev, ssenari müəllifi və bəstəkarı Tural Bakuvidir.




Teqlər:  





Xəbər lenti