`Azadlıq`ın arxalı fa..iəsi

`Azadlıq`ın arxalı fa..iəsi
  30 Oktyabr 2014    Oxunub:8569
Aydın Canıyev

Azadlıq gözəl hissdir, yaşamdır, fəqət bəzən onu gözdən salanlar çox pis nümunə olurlar. Artıq hər gün eyni ünvanın hay-həşiri, eyni ünvanlardan bu hay-həşirə, “hav-hav”a dəstək adamı iyrəndirir!


Ən azından Xədicə İsmayıl bir il əvvəldən fərqli olaraq, gündəmdə “zərərdidə”, hüquqları “zorlanmış” biri kimi diqqəti cəlb etmir və adam artıq gündəmi zorlamaqla məşğuldur!

Jurnalistikanın həddindən artıq siyasiləşdiyi dönəmdə Xədicə İsmayılın “siyasi mübrizəsinə” etiraz etmək fikrində deyiləm... Zatən də adam mübarizə aparmır! Adam sadəcə, işverənliklə məşğul!

Etirazı olanlara içi özüm qarışıq əlli imza sadalayaram ki, bu iqtidarı Xədicə İsmayıldan əlli dəfə kəskin tənqid də edib, təhqir də! Heç kimin üstünə də gedilməyib. Qarşısını almaq üçün bəzi cəhdlər olub – kimlərsə mövqeyini dəyişib, kimlərsə hələ də davam edir! Amma və lakin... bu siyasi və “siyasi” mübarizədən gedənlərin də, qalanların da heç biri, sözün müstəqim mənasında, tumanını başına çəkməyib!

Mübarizə apardığını zənn edən mübarizəsini aparır – hər gün saytlarda, qəzetlərdə hakimiyyət eninə-uzununa tənqid-təhqir olunur və... yazanlar, yayanlar rahat da işə gəlib evlərinə qayıdırlar!

Fəqət... Xədicənin tumanı başına çəkməyinin bir nədəni var: “klaraveşer”lik. Bu hakimiyyətmi faş etdi, kimlərsə yazdı, önəmi yox, istənilən halda adam bəlli oldu: xarici kəşfiyyat şəbəkəsinə bağlılıq həm yazılarda, həm də təqdimatlarda açıq-aydın gözə girir! Üstəlik də, belə deyək, Xədicə İsmayılın “mötəbər” sayıldığı “mötəbər” ünvanlardan dəstək bunu diqtə edir!!!

Elementar bir suala cavab almaq istəyirəm “adamı polis oğurlayanda nə etməli” sualını verən Xədicə İsmayıldan:

AZƏRBAYCANIN NƏİNKİ VƏTƏNDAŞLARINI, TORPAĞINI QAÇIRAN ERMƏNİLƏRƏ sənə dəstək duran havadarların niyə təpki göstərmir, onları təhdid etmir, əsirlərimizə can yandırmır? Azərbaycan vətəndaşı üçün “narahat” olan hüquq müdafiəçiləri, insan haqları “cəfakeşləri” nədən illərdir əsirlikdə qalan qız-gəlinlərin taleyinə biganədir? Yoxsa sənin qabaritlərin və digər ölçü və parametrlərin həmin o əsir qız-gəlinlərdən, oğullardan daha üstün, daha cazibədardır? Nəyinlə artıqsan!?

Sənə və yaxud da bir kimsəyə kim qadağan edib ki, tənqid etmə? Axı sənə xarici dəstək onun üçündü ki, Azərbaycan təhdid olunsun! Axı sənə bütün informasiyalar Azərbaycan hökumətinin əleyhinə olan təşkilatlardan gəlir – yalın əllə narkotranziti açan yazar kimi deyirəm: sənin əleyhinə yaydığın, ittiham etdiyin ünvanlara qarşı bütün informasiyalar konkret olaraq antiAzərbaycan şəbəkəsindəndir!

İnformasiyanın əldə olunması, yayılması qadağan deyil! Amma informasiyanın yayılmasının nədəni olmalı! Bu nədən məhz Azərbaycanın milli maraqları çərçivəsində olmalıdır!

Mən o halda razılaşardım ki, bu “mübarizə”ylə yaydığın və əldə etdiyin informasiyalar Ermənistanın Azərbaycana təcavüzünə sarsıdıcı zərbə olsun, Azərbaycanda antimilli, mental dəyərlərə zidd layihələr keçirən qüvvələr bəlli olsun! Axı bunu etmirsən, sənə bunu etdirmirlər!!!

Sənin zatən də mənasız, uzağı üç-beş aya bitəcək “mübarizən” sonda özün cəhənnəmə, həqiqətən də Azərbaycan deyib yatan, duran, ölən onlarca jurnalistin mənəvi məhviylə sonuclanacaq!!!

Sən sadəcə səni “mətbu fahişə” etmiş “demokratiya və şəffaflıq sevgililəri”nin qurbanısan, qisasını isə Azərbaycandan alırsan.

Nəzər sal jurnalistikaya haradan necə və nə cür gəldiyinə! Və unutma: bu gün sənin üçün dinənlər o imzalardır ki, onların şəxsi hesabları, düşmənçilikləri var!

Sən o adamlar üçün dillənirsən ki, o adamları sənə tanıdanlar illərdir uğrunda “vuruşduğun” adamların xəyanətkar olduğunu bilirlər!

Sadəcə, bilənlər də, bilməyənlər də münasibət saxlayıblar, saxlayırlar!

Sən hansı mövqeyinlə üzə çıxıbsan, “mediabomondun janna darkı” olubsan? Debatlarda kimlərisə “məhv” etməyinləmi? Ya mənbəyi səsləndirdiyin andaca bəlli “araşdırma”larlamı? Axı özün bilirsən ki, hər debatından, hər verilişindən əvvəl kimlərəsə bəlli olub neyləyəcəyin!!!

Axı özün bilirsən ki, sən necə “APARICI” qüvvə olubsan!!!

Son ayda özünün öz başına açdığın oyunların bir nədəni ola bilər: ya gedəsən xaricə özünə ər tapasan – artıq burada sən heç kim üçün “məşuqəliyə” də yaramırsan, ya da sonacan özünüifşa üçün vuruşasan – rəfiqəsi Ani Vardanyan olanın ağlı bundan artıq olmaz ki!!!

Ən sonda: sənin Əhməd Şahidov Qarabağdan danışarkən dalını çevirməyin hətta haqlı olduğun bəzi məqamların da üstündən xətt çəkdi!!! Səninlə “həmrəy” olan “həmkar”larına sən o şəraiti yaratdın ki bəyan etsinlər: “Azərbaycana biz dalımızla baxırıq”.

Ondan utanmadınsa, etdiyinin fərqində olmadınsa... sənə bu yazı heç nə etməz! Sadəcə aqibətini bəyan etdim!!! Çünki indi sən artıq başınla və qələminlə yox, arxanla, arxandakılarla fəaliyyət gösrtərirsən!

Ayıbdır!!!

YAZIYA SÖZARDI: Bir gün İsmayıl Şıxlıdan bir yazıçı dostu qızını işə götürməyi xahiş edir və qızı göndərir qəbula. İsmayıl Şıxlı baxır ki, bu qız aşağıdan bir az aşağı, yuxarıdan bir az yuxarı geyinib və... “hərəkət” edir ki...
İsmayıl Şıxlı da, adını xatırlamıram, kimisə çağırır ki, gəl haraya, bu qız özünü s...öydürməsə əl çəkməz!
Nəticə çıxar – sən indi o qızın günündəsən: yuxarıdan bir az yuxarı, aşağıdan bir az aşağı!!!


Teqlər:





Xəbər lenti