Muğamımız Avropanı ayağa qaldırdı

Muğamımız Avropanı ayağa qaldırdı
  31 Oktyabr 2014    Oxunub:2395
Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə Azərbaycanın Xalq Artisti Alim Qasımov və Əməkdar Artist Fərqanə Qasımova Avstriyada qastrol səfərindədirlər.

Alim və Fərqanə Qasımovlar ötən gün Azərbaycan Mədəniyyət Mərkəzində birgə konsert proqramı ilə çıxış ediblər.

Konsertdən öncə mərkəzin direktoru Leyla Qasımova çıxış edərək, hər iki muğam ifaçısının yaradıcılığı haqqında məlumat verib, onların nəinki Azərbaycan, eləcə də ölkə hüdudlarından kənarda geniş tanındıqlarını qeyd edib.

Bildirilib ki, Alim və Fərqanə Qasımovlar ecazkar səsləri və ifa tərzi ilə Azərbaycan muğam sənətini bütün dünyada ən peşəkar səviyyədə təmsil edirlər.

Sonra Alim Qasımov və Fərqanə Qasımova Azərbaycan muğamları, xalq və bəstəkar mahnılarından ibarət rəngarəng konsert proqramı ilə çıxış ediblər. Konsertdə “Dilkeş” və “Rast” təsnifləri, “Çahargah” muğamı və digər musiqi kompozisiyaları musiqisevərlərin ruhunu oxşayıb. Xanəndələrin ifası sürəkli alqışlarla müşayiət olunub.

Konsertdən sonra tədbir iştirakçılarına ziyafət verilib.(AzərTAc)


Teqlər:





Xəbər lenti