Yevlaxda yol qəzası-3 nəfər ölüb

Yevlaxda yol qəzası-3 nəfər ölüb
  03 May 2013    Oxunub:1273
Yol qəzasında 1992-ci il təvəllüdlü Xanəliyev Ayxan Sabir oğlu, 1977-ci il təvəllüdlü İsmayılov Cahid Zakir oğlu və 1990-cı il təvəvəllüdlü Beydiyev Xəyal Nazim oğlu həyatlarını itiriblər.
AzVision.az FHN-nin saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Mingəçevir şəhəri, Mingəçevir-Yevlax yolunun 6-ci kilometrliyində 1992-ci il təvəllüdlü Xanəliyev Ayxan Sabir oğluna məxsus "Hyundai" markalı minik avtomobili su kanalına düşüb.

Nəticədə minik avtomobilinin sürücüsü və avtomobildə olan 2 nəfər sərnişin 1977-ci il təvəllüdlü İsmayılov Cahid Zakir oğlu, 1990-cı il təvəvəllüdlü Beydiyev Xəyal Nazim oğlu aldıqları bədən xəsarətlərindən hadisə yerində vəfat ediblər. Avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünün meyiti yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif alət və avadanlıqlardan istifadə edilməklə çıxarılaraq Təcili Tibbi Yardım Ximətinə təhvil verilib.

Digər meyitlər isə əhali tərəfindən çıxarılaraq Yevlax rayon Mərkəzi xəstəxanasına aparılıb. Hadisə ilə əlaqədar müvafiq hüquq-mühafizə orqanları tərəfindən təhqiqat aparılır. Əməliyyat saat 01:50-də başa çatıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti