İlham Əliyev “ASAN xidmət”in açılışında

İlham Əliyev “ASAN xidmət”in açılışında
  03 May 2013    Oxunub:1443
Prezident İlham Əliyev Sumqayıtdakı açılışda iştirak edib.
Bu gün Sumqayıtda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) mərkəzi açılıb.

AzVision.az xəbər verir ki, prezident İlham Əliyev mərkəzin açılış mərasimində iştirak edib.

Dövlət Agentliyinin sədri İnam Kərimov dövlət başçısına məlumat verərək bildirib ki, “Asan xidmət” mərkəzi Sumqayıtda Şabran, Siyəzən, Xızı və Abşeron rayonlarında qeydiyyatda olan vətəndaşlara 23 bölmə üzrə xidmət göstərəcək.

Məlumat üçün bildirək ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Sumqayıta səfəri başlayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti