Yas mərasimlərini necə keçirək? - SOĞRU

Yas mərasimlərini necə keçirək? - SOĞRU
  31 Oktyabr 2014    Oxunub:2506
“Rəy” Monitorinq Mərkəzi toy və yas mərasimlərində israfçılığa qarşı mübarizəyə Bakı sakinlərinin münasibətini öyrənmək məqsədilə ictimai rəy sorğusu keçirib. Yaşı 18 və yuxarı olan 1300 nəfərə yaxın paytaxt sakininin cəlb olunduğu sorğunun nəticələrindən belə məlum olur ki, sakinlər israfçılığa tam qarşıdırlar.

Sorğunun nəticələrinə görə, Bakı əhalisi israfçılığa qarşı ölkə rəhbərliyinin tövsiyəsi ilə başlanan mübarizəni müsbət qiymətləndirir. Əhali aparılan mübarizədən xəbərdardır: rəyi soruşulanların cəmi 5 faizi bu barədə ilk dəfə eşitdiyini, qalan 95 faizi isə bununla bağlı məlumatlı olduğunu bildirib.

Sorğunun nəticələrinin təhlili göstərir ki, hakimiyyətin bu təşəbbüsü cəmiyyətdə müsbət qarşılanıb və maraq doğurub.

Bütövlükdə Bakı sakinlərinin 73 faizi bu mübarizənin zəruriliyini vurğulayıb.

Yas günlərinə gəldikdə isə sorğunun nəticələri göstərir ki, ictimai rəy əsasən 3 və 40 mərasimlərinin, daha sonra isə ildönümünün qeyd olunmasına tərəfdardır.

Vacib bir məqam ondan ibarətdir ki, rəyi soruşulanların tam əksəriyyəti – 89 faizi ehsan menyularının minimuma endirilməsinə tərəfdardır (çay, halva, pendir, çörək, göyərti). Bu təklifi 67 faiz tam, 22 faiz isə qismən dəstəkləyir.


Teqlər:





Xəbər lenti