Bill Geyts-dən növbəti humanist addım

Bill Geyts-dən növbəti  humanist addım
  03 Noyabr 2014    Oxunub:2022
“Microsoft” şirkətinin rəhbəri Bill Geyts bu il dünyanın kasıb ölkələrində malyariya və digər infeksion xəstəliklərlə mübarizə üçün 500 milyon dollar ayırıb.

AzVision.az-ın məlumatına görə, bu barədə milyarder özü hər il keçirilən tropik tibb və gigiyena ABŞ cəmiyyətinin iclasında çıxışı zamanı bildirib.

Geyts malyariya xəstəliyinin bu əsrin sonlarında tarixdən silinəcəyinə ümid etdiyini bildirib. Bu hədəfə nail olmaq üçün om ildə 200 milyon dollardan çox ianə vermək niyyətindədir: “Mənim bu il 59 yaşım tamam oldu. Mən malyariyanın tarixdən silinəcəyini görmədiyimə görə çox təəsüflənərəm”

Bill və Melinda Geytsin Fondu artıq xeyli müddətdir ki, malyariya ilə mübarizəyə ianə ayırırlar. İndi bu ianənin məbləği daha 30% artırılacaq. Belə ki, yaxın beş ildə fond malyariyaya qarşı peyvəndin hazırlanması üzrə beynəlxalq təşəbbüs qrupuna ildə 150 milyon dollar ayıracaq. Bu infeksion xəstəlikdən hər il Afrika qitəsində hər il 600 mindən çox insan vəfat edir.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti